- Köhnə - Dünya
- 13 Fevral 2018 10:22
- 3 861
Ağ Ev Trampın ailə zorakılığına münasibətini açıqladı
ABŞ prezidenti Donald Tramp administrasiyası Ağ Evin katibi Robert Porterin ailə zorakılığına görə ittiham edilməsindən ciddi narahatdır.
AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Ağ Evin sözçüsü Sara Sanders danışıb.
"Prezident və bütün rəhbərliyimiz məişət zorakılığına çox ciddi yanaşırlar və bütün ittihamların hərtərəfli araşdırılacağına əmindirlər", deyə Sanders açıqlayıb..
Ağ Evin katibi Robert Porter məişət zorakılığı ilə bağlı ittihamlar səbəbindən vəzifəsindən uzaqlaşdırılıb.