Zarafatlaşarkən rəfiqəsini alnından vurdu

Türkiyədə bir gənc zarafatlaşdığı qızı alnından vurub.

AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, ağır yaralanan qız xəstəxanaya yerləşdirilib.

Olay saat 23:30 radələrində baş verib. Rəfiqəsilə eyni mənzildə yaşayan M.B. əlindəki tapança ilə oynamağa başlayıb. Qızla zarafatlaşdığı anda tapança açılıb. Alnına güllə dəyən qız yerə yıxılıb. Oğlan dərhal təcili yardıma zəng vurub.

Qız xəstəxanaya aparılarkən şok keçirən oğlan da polis tərəfindən nəzarətə alınıb.