Gəmiqayırma zavodunda partlayış - 4 nəfər öldü

Hindistanın Koçin şəhərində gəmiqayırma zavodunda baş verən partlayışda 4 nəfər həyatını itirib.

AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, hadisə neft axtarış gəmisində baş verib.

Partlayış zamanı ən azı 4 nəfər həlak olub, 15 nəfər isə yaralanıb. Partlayışın səbəbləri haqqında hələ ki məlumat verilməyib, amma gəmidə qaz sızmasının buna səbəb olduğu ehtimal edilir.

Hazırda polis əməkdaşları hadisə yerində çalışırlar.