Hakerlər bir ildə Rusiya banklarından 1 milyard pul oğurladılar

Rusiya Mərkəzi Bankının sədr müavini Dmitri Skobelkin 2017-ci ildə hakerlərin rus banklarına 11 "uğurlu" hücum etdiyini, oğurlanan pulların miqdarının isə 1,156 milyard rubl təşkil etdiyini söyləyib.

AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, "2017-ci ildə Cobalt Strike hücumlarının ən az 21 dalğası qeyd edilib. 240-dan çox kredit təşkilatına hücum olub, onlardan 11-i "uğurlu" olub ", deyə Skobelkin bildirib.

Daha əvvəl Skobelkin Mərkəz Bankın məlumat təhlükəsizliyi şöbəsi qurmaq qərarını verdiyini açıqlayıb.