Onlar Osmanlı yumruğunu görməyiblər - Ərdoğan

Türkiyə prezidenti və AKP sədri Rəcəb Tayyib Ərdoğan Amerika ilə bağlı sərt çıxış edib.

AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, ABŞ-a xəbərdarlıq edən Ərdoğan "Bizi vurarlarsa, biz də sərt şəkildə əvəzini çıxarıq deyənlərin ömürlərində heç Osmanlı yumruğu yemədikləri aydındır. Gördüyümüz hər yerdə terrorçuları vuracağıq. Bax onda onlar terrorçuların yanında olmasalar, düzgün addım atmış olarlar", deyə bildirib.