Sevgilisini öldürən amerikalı intihar etdi

Detroytda amerikalı kişi sevgilisini və iki qadını vurub, daha sonra 14 saat polislə atışıb.

AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, 49 yaşındakı Detroyt sakini sevgilisini və iki yaxınını öldürüb, daha sonra isə hadisə yerinə gələn üç polis məmurunu yaralayıb. Polislərlə cani arasında atışma 14 saat davam edib. Silahlı şəxs fevral 12-də axşam çağı özünü güllələyib və aldığı yaradan ölüb.

Bir müddət əvvəl Kentukki şəhərində də silahlı şəxs dörd nəfəri öldürdükdən sonra intihar etmişdi.