Obamaya zərflə göndərilən tozun tərkibi açıqlandı

İstintaqdan əldə edilən ilkin məlumatlarda bildirilib ki, Vaşinqtonda keçmiş ABŞ prezidenti Barak Obamanın ofisinə göndərilən məktubda körpələr üçün nəzərdə tutulan toz olub.

AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, məktub Honq-Konqdan göndərilib. Lakin məktubu göndərən dəqiq ünvan göstərməyib.

Ağ tozlu məktubları ABŞ-ın hazırki prezidenti Donald Trampın oğlu və Britaniya Parlamentinin ofislərinin birinin əməkdaşları da qəbul edib.