- Köhnə - Dünya
- 14 Fevral 2018 10:17
- 6 918
Ukraynalı nazir İŞİD-lə mübarizədən danışdı
Ukraynanın xarici işlər naziri Pavel Klimkin Kiyevin İŞİD-ə qarşı mübarizədə iştirak etdiyini açıqlayıb.
AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, Klimkin Küveytdə İŞİD-ə qarşı qlobal koalisiyada iştirak edən dövlətlərin toplantısında çıxış edib. Nazir çıxışında bildirib ki, Ukrayna Terrorizmə Qarşı Mübarizə üzrə İşçi Qrupun işində fəal iştirak edərək, İŞİD-lə mübarizəyə öz töhfəsini verməyə davam edir.
Onun sözlərinə görə, koalisiya üzvü olan Kiyev dəyərlərini və prinsiplərini tam şəkildə paylaşır.