- Köhnə - Dünya
- 14 Fevral 2018 14:07
- 2 944
Trampın vəkilindən qalmaqallı etiraf
ABŞ prezidenti Donald Trampın vəkili Maykl Kohen 2006-cı ildə Stefani Klifford adlı qadına "öz cibindən" 130 min dollar verdiyini açıqlayıb.
AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, vəkil Kohen bunu "The New York Times" qəzetinə danışıb.
Amma o, niyə qadına 130 min verdiyini və bundan Trampın xəbərinin olub-olmamasını açıqlamayıb.