Bank soyduğunu kitabında etiraf etdi - Məhkəməyə çıxarıldı

Fransada 42 il əvvəl gerçəkləşən bir bank soyğununu özünün planlaşdırdığını anlatdığı bir kitab çap edən Casques Kassandri məhkəməyə verilib.

AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, 1976-cı ildə Nice qəsəbəsində gerçəkləşən soyğunda oğrular aylarca yerin altını qazaraq bankın kassasını ələ keçiriblər. 74 yaşlı Kassandri soyğunun üstündən uzun illər keçməsindən sonra bir kitab yazaraq bu işi onun özünün planlaşdırdığını yazıb. İndi Kassandri "kirli pulların yuyulması" ittihamı ilə mühakimə olunacaq.

Xatırladaq ki, soyğun zamanı bankdan 29 milyon avro qiymətində olan 46 milyon frank oğurlanıb.