Qalmaqallı araşdırma həbslə nəticələndi

Ən böyük humanitar yardım təşkilatı "Oxfam"ın beynəlxalq bölməsinin rəhbəri yüngül əxlaqlı qadınlarla bağlı yayılan qalmaqallı məlumatlardan sonra korrupsiya ittihamı ilə Qvatemalada həbs olunub.

AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, o, hələlik məhkməyə çıxarılmayıb.

Qeyd edək ki, Britaniya hökuməti Haitidəki zəlzələnin nəticələrinin aradan qaldırılması zamanı işçilərlə yüngül əxlaqlı qadınların arasında olan əlaqələrin gizlədilməsində ittiham olunduqdan sonra "Oxfam" ilə əməkdaşlığı yenidən nəzərdən keçirəcəyini elan edib.