Dövlət insan haqlarından öndə olmalıdır - Yəhudi nazir

İsrailin ədliyyə naziri Ayelet Şaked İsrail parlamentində etdiyi çıxışda insan haqlarının pozulması hesabına olsa belə İsraildə yəhudilərin əksəriyyət təşkil etməsinin lazım olduğunu söyləyib.

AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, Ayelet Şaked deyib ki, İsrail dövləti yəhudi dövləti kimi xarakterini qorumaq üçün bəzən bərabərlik prinsipini inkar etməlidir.

Ayelet Şaked, "İsrail bir yəhudi dövlətidir, bütün xalqlar üçün deyil, bütün vətəndaşlar üçün bərabər hüquqlara malikdir" deyə açıqlayıb.

İsrail parlamenti tərəfindən təsdiq edilməli olan Milli Qanun keçən ilin may ayında Knessetdə bir dəfə müzakirə olunub. Qanunda nəzərdə tutulub ki, dövlətdə öz gələcəyinə dair qərar qəbul etmək yalnız İsrail xalqına məxsusdur. Bu qanuna görə, İsrailin işğalı altında yaşayan 1 milyon 700 min fələstinlinin dili olan ərəb dili rəsmi dil olaraq qəbul edilmir.