Saakaşvili Amsterdama getdi

Gürcüstanın keçmiş prezidenti və Odessa bölgəsinin keçmiş rəhbəri Mixeil Saakaşvili Hollandiyaya gedib.

AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, Saakaşvili fevralın 14-də Shiphol hava limanında görünüb.

Xatırladaq ki, Gürcüstanın sabiq prezidenti Hollandiya vətəndaşı Sandra Rulofs ilə evlidir.

Saakaşvili Ukraynadan Polşaya deportasiya edilib. O, Ukraynanın hakimiyyət orqanlarının qərarına etirazını bildirib.