- Köhnə - Dünya
- 14 Fevral 2018 17:50
- 4 190
CAR prezidenti istefa verməkdən imtina etdi
Cənubi Afrikanın prezidenti Cakob Zuma onun istefasını tələb edən iqtidar partiyası "Afrika Milli Konqresi"nə (AMK) könüllü olaraq vəzifəsindən ayrılmayacağını bildirib.
AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, bazar ertəsi günü AMK prezident Zumaya istefaya görə 48 saat vaxt verməyi qərara almışdı. Ondan cavab almayan partiya cümə axşamı günü parlamentdə Zumaya etimadsızlıq nümayiş etdirəcəklərini və Cənubi Afrikanın mövcud başçısı kimi Kiril Ramafosu irəli sürəcəklərini açıqlayıb.
"Xeyr, istefa vermirəm" deyə Zuma öz qərarını açıqlayıb.
Qeyd edək ki, Zumanın prezidentlik səlahiyyəti 2019-cu ildə başa çatır.