- Köhnə - Dünya
- 15 Fevral 2018 09:17
- 3 180
Rusiyalı milyarder saxlanıldı
Rusiyanın Sankt-Peterburq şəhərində "Theorema" şirkətinin təsisçisi İqor Vodopyanov vergi məmurunu rüşvətə cəlb etmə şübhəsiylə saxlanılıb.
AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, Sankt-Peterburqun İstintaq Komitəsinin Baş İstintaq İdarəsinin əməkdaşları 91-ci maddəyə əsasən Vodopyanovu saxlayıblar.
Qeyd olunur ki, müstəntiqlər məhkəməyə milyarderin həbsi ilə bağlı müraciət etmək niyyətindədirlər.
Vodopyanov Sankt-Peterburqun milyarderləri arasında 97-ci yeri tutur. Onun sərvəti 9,8 milyard rubldur.