Britaniya Rusiyanı kiberhücumda ittiham etdi

Böyük Britaniyanın xarici işlər nazirinin müavini Tariq Əhməd Rusiya hakimiyyət orqanlarını kiberhücumda ittiham edib.

AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, Tariq bildirib ki, 2017-ci ilin iyun ayında yayılan dağıdıcı virusa görə Rusiya məsuliyyət daşıyır. O əlavə edib ki, bu virus onlara milyonlarla funt dəyərində ziyan vurub.

"Biz Rusiyanı məsuliyyətli olmağa çağırırıq", deyə Tariq Əhməd açıqlama verib.

Lakin nazir müavini Rusiyanın müdaxiləsini sübut edə bilməyib.