- Köhnə - Dünya
- 16 Fevral 2018 16:19
- 4 734
Məkkə-Mədinə sürətli qatar xətti sınaq yürüşünə başladı
Səudiyyə Ərəbistanının "Hərəmeyn sürətli dəmir yolu" layihəsinin rəhbəri Məhəmməd Fida Məkkə-Mədinə sürətli qatar xəttinin bu gün sınaq yürüşünə başladığını bildirib.
AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, Fida qeyd edib ki, sınaq yürüşünün uğurla başa çatmasından sonra iki şəhər arasında normal səfərlərə başlanılacaq.
Fida Səudiyyə Ərəbistanı hökumətinin vətəndaşlara və ölkəyə gələn əcnəbilərə Məkkə-Mədinə arasındakı 450 kilometrlik yolda beynəlxalq standartlara uyğun xidmət etmək üçün bu layihəni həyata keçirdiyini vurğulayıb.
O əlavə edib ki, iki müqəddəs şəhər arasındakı bu sürətli qatar xətti eyni zamanda Həcc və ümrə ziyarətçilərinə də xidmət edəcək.