1,3 milyonluq violonçel oğurlandı

Məşhur fransız violonçelisti Ofeliya Qayar Paris yaxınlığında silahlı hücuma məruz qalıb.

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, o, evdən çıxıb avtomobilə əyləşən zaman, naməlum şəxs bıçaqla hücum edib. Oğru bahalı violonçeli və mobil telefonun oğurlayıb.

Oğurlanan violonçel 1737-ci ildə hazırlanıb və 1,3 milyon avro dəyəri var. Musiqi alətinin ona deyil, CIC banka məxsus olduğu, Qayarın aləti sadəcə icarəyə götürdüyü bildirilir.