İmtahana ayaqqabı ilə gəlmək qadağan edildi

Hindistanda məktəblilərin imtahan zamanı köçürməsinin qarşısını almaq məqsədilə Təhsil Nazirliyi tərəfindən onların imtahana ayaqqabı ilə gəlməsi qadağan edilib.

AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, Hindistanın Bihar əyalətində 10-cu sinfə keçmək üçün keçirilən imtahana girəcək 2 milyona yaxın məktəblidən imtahan otaqlarına ayaqqabı əvəzinə tərliklə gəlməsi istənilib. Təhsil Nazirliyi ayaqqabı qadağasının məktəblilərin imtahanda köçürmə etməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini vurğulayıb.

Keçən həftə keçirilən və 1 milyon 200 minə yaxın məktəblinin qatıldığı 12-ci sinfi bitirmə imtahanında min nəfər məktəbli köçürmə edərkən yaxalanmışdı.