Türk əsgəri heç kim dayandıra bilməz - Çavuşoğlu

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Suriya dövlət televiziyasının Əsəd ordusunun bir neçə saat içində Afrinə girəcəyi ilə bağlı yaydığı xəbərə münasibət bildirib.

AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, Türkiyə XİN rəhbəri bildirib ki, Əsəd rejimi YPG-ni qorumaq üçün Afrinə girərsə, bizi, Türkiyəni, türk əsgəri heç nə durdura bilməz.