Çoban qoyunlarını əzən avtobusu yandırdı

Türkiyədə bir çoban yolun qarşısına keçirməyə çalışdığı 42 qoyununu əzən avtobusu yandırıb.

AzNews.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, avtobus yolun qarşısına keçməyə çalışan çoban və qoyunlarını vurub. Qəzadan sonra çoban benzin tökərək avtobusu yandırıb.

Qəza zamanı avtobus sürücüsü və daha 3 nəfər yaralanıb.

Çobanın yandırdığı avtobus yararsız hala düşüb. Polis araşdırmaya başlayıb.