- Köhnə - Dünya
- 22 Fevral 2018 14:00
- 2 436
Səudiyyəli jurnalistdən qeyri-adi tələb: “Məscidlər dağıdılsın”
Səudiyyə Ərəbistanında telekanalların birində çıxış edən jurnalist Məhəmməd əl-Suheymi ölkədə azan səsinin aşağı səslə verilməsini və məscid sayının azaldılmasını tələb edib.
AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, bu günlərdə Səudiyyə Ərəbistanında qəribə tələblər səsləndirilir. Bu tələblərdən birini də jurnalist Məhəmməd əl-Suheymi edib. Qeyri-adi tələblər edən jurnalist ölkədə azan səsinin daha yavaşdan verilməsini, mikrofonla azan oxunmamasını bildirib və azan səsinin qorxunc olduğunu idda edib.
Əl-Suheyminin qalmaqallı iddiaları bununla yekunlaşmayıb. O, ölkədə məscidlərin sayının çox olması və onların bir qisminin dağıdılmasını təklif edib.
Rəsmi dairələrdən hələ ki bu tələblərə münasibət bildirilməyib.