- Köhnə - Dünya
- 23 Fevral 2018 16:48
- 2 069
Əfqanıstanda bir sutkada 70 terrorçu öldürüldü
Əfqanıstan Müdafiə Nazirliyi ölkənin bir neçə əyalətində aparılmış əməliyyatlar zamanı 70 terrorçunun məhv edilməsi ilə bağlı məlumat verib.
AzNews.az-ın dünya mətbuatına istinadən xəbər verir ki, Əfqanıstan ordusu terrorçuların yerləşdiyi məkanlara 73 dəfə hava hücumu həyata keçiriblər.
Beləliklə, ölkənin 16 vilayətində terrorizmlə mübarizə əməliyyatları aparılıb.
Nazirlik Əfqanıstan təhlükəsizlik qüvvələrinin itkiləri barədə məlumat verməyib.