- Köhnə - Dünya
- 24 Fevral 2018 09:04
- 1 597
Somalidə ölənlərin sayı 21 nəfərə çatdı
Somalinin paytaxtı Moqadişoda iki partlayış nəticəsində ölənlərin sayı 21 nəfərə çatıb.
APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, ölənlərin sayının artacağı istisna edilmir.
Polis partlayışlardan sonra baş verən atışma zamanı 5 silahlının məhv edildiyini bildirib.
Terror aktına məsuliyyəti “Əş-Şəbab” terror qruplaşması öz üzərinə götürüb.
Qeyd edək ki, “Əl Qaidə” qruplaşması ilə əlaqəli olan “Əş-Şəbab” Somalidə terrorçu fəaliyyətlə məşğuldur. Qruplaşma ölkənin hakimiyyət orqanlarına qarşı silahlı mübarizə aparır.
AzNews.az