Məşhur teleaparıcı yayılan xəbərləri təkzib etdi

Amerikalı teleaparıcı Opra Uinfri prezident seçkilərində iştirak edəcəyi barədə yayılan məlumatları təkzib edib.

Trend-in verdiyi xəbərə görə, Uinfri bu barədə ABC telekanalının efirində bəyan edib.

“Tam əminliklə deyə bilərəm ki, prezident seçkilərində namizədliyimi irəli sürməyəcəm”,-deyə o bildirib.

Opra Unfrinin 2020-ci ildə ABŞ-da keçiriləcək prezident seçkilərində iştirakı barədə məlumatlar teleaparıcının yanvar ayında “Qızıl Qlobus” mükafatının 75-ci təqdim etmə mərasimində çıxışından sonra yayılıb.