- Köhnə - Dünya
- 26 Fevral 2018 13:13
- 5 323
Tayson rusları təriflədi
Boks üzrə keçmiş dünya çempionu Mayk Tayson Rusiyada olduğu müddətdə ruslardan yalnız həssaslıq və xeyirxahlıq gördüyünü bildirib.
AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, məşhur boksçu ötən həftə Yekaterinburqa gəlib. O qeyd edib ki, ABŞ Rusiya sakinləri haqqında yanlış fikirdədir.
"Amerikada ruslar qayğıkeş hesab edilmir, amma Rusiyaya səfərimdən sonra burada insanların çox həssas və səmimi olduğunu başa düşdüm", deyə Tayson bildirib.
Keçmiş boksçu, həmçinin döyüşlərdə iştirak etmək istəmədiyini də qeyd edib.