- Köhnə - Dünya
- 26 Fevral 2018 17:32
- 5 030
KFC restoranlar şəbəkəsi üzr istədi
Dünyaca məşhur olan KFC restoranlar şəbəkəsinin İngiltərədəki restoranları toyuq qıtlığına görə bağlanıb.
AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, keçən həftə KFC-nin İngiltərədəki mağazalarında toyuq bitib və bu məsələ geniş şəkildə işıqlandırılıb.
İngiltərədəki 900 mağazadan 800-ü toyuq olmadığı üçün xidmət göstərə bilməyib. Restoranlar şəbəkəsi bu gün İngiltərədə qəzetlərdə elan verərək mağazalarındakı toyuq qıtlığı ilə bağlı üzr istəyib. Elanda bunlar yazılıb: "Toyuqsuz bir toyuq restoranı ideal deyil. Müştərilərimizdən üzr istəyirik".
Keçən həftənin bazar ertəsi günü bağlı olan restoranların hamısı cümə gününə qədər açılıb.