- Köhnə - Dünya
- 26 Fevral 2018 20:30
- 4 777
Papua-Yeni Qvineyada daha bir güclü zəlzələ baş verib
Papua-Yeni Qvineyada 6,3 bal gücündə zəlzələ baş verib.
AzNews.az RİA Novosti agentliyinə istinadən xəbər verir ki, yeraltı təkanların episentri Mendi şəhərindən 58 km cənub-qərbdə, ocağı isə 5 km dərinlikdə yerləşib.
Qeyd edək ki, bundan əvvəl Papua-Yeni Qvineyada 7,5 magnitudalı zəlzələ olub. Təbii fəlakət nəticəsində azı 10 nəfər ölüb.