Tramp polisi ittiham etdi

ABŞ prezidenti Donald Tramp, Floridada 17 nəfərin öldürülməsi ilə bitən qanlı olayda polisin cinayətkarla atışmaya girməməsindən danışıb.

AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, Tramp, Ağ Evdə qubernatorlarla keçirdiyi iclasda, Floridadakı hücum barədə danışıb.

ABŞ prezidenti, Floridada bir məktəbdə 17 nəfərin öldüyü silahlı hücumda hadisə yerində olan polisin olaya müdaxilə etməməsini "iyrənc" sözüylə ifadə edərək bildirib ki, o, silahsız olsaydı belə olaya müdaxilə edərdi.

Tramp polisi cəsarətsizlikdə günahlandırıb.

Xatırladaq ki, Floridada 19 yaşlı gənc məktəbə hücum edib, 17 nəfəri öldürüb.