Ermənistanın yeni prezidenti seçildi

Ermənistan parlamenti hakim partiyanın namizədi Armen Sarkisyanı ölkə prezidenti seçib.

AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, Sarkisyan üçün 90 deputat leyhinə, 10 deputat əleyhinə səs verib. Beləliklə, Sarkisyan ölkənin dördüncü prezidenti seçilib.

Qeyd edək ki, Ermənistan parlamentli respublika formasına keçdikdən sonra prezident ilk dəfə millət vəkilləri tərəfindən seçilib. Yeganə namizəd - Ermənistanın Böyük Britaniyadakı keçmiş səfiri Armen Sarkisyan hakim Respublika partiyası tərəfindən, indiki dövlət başçısı Serj Sarkisyanın təklifi ilə irəli sürülüb.