Şahzadənin toyuna xalq da dəvət edildi

İngiltərə taxtının varislərindən olan şahzadə Harri ilə amerikalı aktrisa Meqan Marklın may ayındakı toyuna xalq da dəvət edilib.

AzNews.az dünya mətbuatına istinadən xəbər verir ki, mayın 19-da Londonun qərbində Vindsor Qalasında baş tutacaq toya xalqdan 2 min 640 nəfər dəvət edilib. Dəvət olunanların içində fəallığı seçilən 1200 gənc də var.

Onlarla yanaşı kral ailəsini xidmətçiləri, uşaqlar və s. də toya dəvət edilib.