Dəmiyollarının fəaliyyəti dayandı - Səbəb + Foto

İngiltərədə Emma fırtınası dəmiryollarının fəaliyyətinin müvəqqəti dayandırmasına səbəb olub.

AzNews.az The Sun-a istinadən xəbər verir ki, qatarların gecikməsi Londonun Vaterloo Stansiyasında böyük izdihamın yaranması ilə müşaət olunub.

Böyük Britaniyanın ən izdihamlı stansiyası hesab olunan Londonun Vaterloo Stansiyasının mətbuat xidmətinin rəhbəri bildirib ki,yerli vaxtla axşam saat 6-dan saat 8-ə qədər xidmətlərin yerinə yetirlməsində müəyyən bir düşüş yaşanıb, hətta fəaliyyət dayandırılıb.