Mehmetcikdən Suriyada strateji qələbə: Raco azad edildi

Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu Suriyanın Afrin mahalında həyata keçirdiyi “Zeytun budağı” əməliyyatı çərçivəsində Raco bölgəsini PYD/YPG terrorçularından təmizləyib.

"Publika" xəbər verir ki, bu haqda “Haber7” saytı yazıb.

Raco Afrin şəhərinə gedən yolda strateji əhəmiyyətli yaşayış məntəqəsi hesab edilir. Xəbərə görə, hazırda bölgədə şiddətli döyüşlər gedir.