- Köhnə - Dünya
- 3 Mart 2018 16:00
- 3 726
ABŞ-da itlər Əfqanıstandakı əməliyyatdan sonra sahibsiz qalıblar
ABŞ ordusu Əfqanıstanda partlayıcı maddələri axtarmaq üçün itlərdən istifadə edib.
AzNews.az xəbər verir ki, xidmətin bitməsindən sonra heyvanlar sahibsiz qalıblar və pis münasibət görüblər. Amerikalılar partlayıcıları təsbit etmək üçün itlərə təlimat verib. Onlar 2010-cu ildən Əfqanıstanda xüsusi əməliyyatlar çərçivəsində istifadə olunub. Proqram 2014-cü ildə başa çatıb, amma orduda 150 iti saxlamaq mümkün olmayıb. İnsanlar yalnız qısa müddət ərzində onları saxlaya biliblər, sonra təlim keçmiş heyvanlar sığınacaq və ailələrə göndərilib.
ABŞ ordusu digər ərazilərə göndərilən itlərin böyük hissəsini nəzarət altında saxlaya və yaxud da yeni sahiblərinin itlərə qarşı təcavüzkar davranışlarını izləyə və qarşısını ala bilməz.
Heyvanlara maliyyə dəstəyi ilə bağlı problemlər yalnız orduda deyil, son zamanlarda Özəl Amerika şirkətlərindən biri də 13 iti öz himayəsinə götürərək onları veteranlara kömək etmək məqsədi ilə yenidən öyrətmək istəyib, lakin kifayət qədər büdcədə vəsait olmadığından yenidən itlər sığınacağa təhvil verilib.