15 yaşlı yeniyetmələrlə cinsi əlaqədə olanlar...

Fransada son vaxtlar yetkinlik yaşına çatmayanlarla cinsi əlaqədə olmaq geniş yayılıb.

AzNews.az xəbər verir ki, buna görə, siyasətçilər və ictimai xadimlər 15 yaşlı yeniyetmələrlə cinsi əlaqəyə görə cəza tədbirlərində dəyişiklik ediblər. Fransanın ictimai xadimi Marlen Şyapaanın sözlərinə görə belə məcburi tədbirlərin görülməsi ictimai rezonansa səbəb olan 11 yaşlı qızın zorlanmasından sonra olub.

Onun sözlərinə görə, yeni qanun layihəsi birinci oxunuşda qəbul edilib və indi nazirlər kabinetinin təsdiqini gözləmək lazımdır. Statistikaya görə Fransada yalnız 2017-ci ildə 2000-dən çox azyaşlı təcavüzə məruz qalıb. Yeni qanunla 15 yaşına çatmayan yeniyetmələrlə cinsi əlaqəyə görə həbs cəzası tətbiq olunacaq.

Psixoloqlar deyirlər ki, insanın cinsi inkişafının daha erkən başlaması ilə əlaqədar uşaqlar daha tez cinsi əlaqəyə meyllənirlər. Qanun layihəsi ikinci oxunuşda qəbul edildiyi təqdirdə, yaxın gələcəkdə 15 yaşlılarla cinsi əlaqədə olmaq qanuna uyğun şəkildə olacaq.