Afrində 2516 terrorçu məhv edilib

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin bölgəsində apardığı "Zeytun budağı" əməliyyatı çərçivəsində zərərsizləşdirilən terrorçuların sayı 2516-a çatıb.

AzNews.az xəbər verir ki, ötən sutka ərzində PYD, YPG və İŞİD terror təşkilatlarının 82 üzvü məhv edilib.

Yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb.

AzNews.az