- Köhnə - Dünya
- 5 Mart 2018 09:38
- 3 238
Çin hərbi büdcəsini artırır
2018-ci ildə Çinin hərbi büdcəsi 8,1% artaraq 175 milyard dollara çatacaq.
AzNews.az dünya mətbuatına istinadən xəbər verir ki, bu barədə Milli Xalq Konqresinin illik sessiyasında açıqlanacaq ÇXR hökumətinin işi ilə bağlı hesabatda məlumat verilir.
Sənədə görə, Çin cari il üçün ÜDM-ni təxminən 6,5% artırmağı hədəfləyir.
Eyni zamanda, ölkənin hakimiyyət orqanları bu il büdcə kəsirinin illik olaraq 0,4% azaldılmasını nəzərdə tuturlar.
Hesabatda qeyd olunur ki, 2018-ci ildə Çində inflyasiya təxminən 3% artacaq.