- Köhnə - Dünya
- 5 Mart 2018 09:48
- 2 952
ABŞ-la Misir liderləri Suriyanı müzakirə etdilər
ABŞ prezidenti Donald Tramp və Misir lideri Əbdülfəttah əl-Sisi Yaxın Şərqdəki, o cümlədən Suriyadakı vəziyyəti müzakirə ediblər.
AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, hər iki lider, Suriyada humanitar böhranı sona çatdırmaq və bölgədəki təhlükəsizliyi təmin etmək üçün birlikdə çalışmaq üçün razılığa gəlib.
Qeyd edək ki, bundan əvvəl Ağ Ev, Rusiya, Suriya və İrandan BMT Təhlükəsizlik Şurasının 2401 saylı qətnaməsini yerinə yetirməsini tələb edib.