Kim Çen In yeni tarixin başlandığını elan etdi

Şimali Koreya lideri Kim Çen In, Cənubi Koreyanın xüsusi nümayəndələr heyəti ilə görüşündə "Vətənin birləşməsinin yeni tarixi"nin başladığını bildirib.

AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, iki ölkə nümayəndələri arasında Koreya yarımadasında hərbi gərginliyin azaldılması, çoxtərəfli dialoq və əlaqələrin intensivləşdirilməsi məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Görüş zamanı Cənubi Koreya prezidentinin məktubu Kim Çen Ina çatdırılıb.

Qeyd edək ki, bu görüş hər iki ölkə arasında baş tutmuş ilk yüksək səviyyəli görüşdür.