Şərqi Qutada 30 nəfər kimyəvi hücumdan zəhərləndi

Şərq Qutada baş verən növbəti kimyəvi hücum nəticəsində qadınlar və uşaqlar da daxil olmaqla ən azı 30 nəfər yaralanıb.

AzNews.az xəbər verir ki, bu barədə Anadolu agentliyi Dəməşq şəhərinin Mülki Müdafiə İdarəsinə istinadən məlumat verib.

Qeyd edək ki, hadisə martın 5-də Hamuriya şəhərində baş verib. Kimyəvi hücum nəticəsində yaralananlar arasında iki xilasedici də olub.