- Köhnə - Dünya
- 6 Mart 2018 16:35
- 36 596
Ölən meymunun balası əməliyyatla xilas edildi

Tailandda maşının vurması nəticəsində ölən hamilə meymunun balası bir könüllü tərəfindən qeysəriyyə əməliyyatı vasitəsilə xilas edilib.
AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, meymun balası doğulduğu vaxt ürəyi döyünmürdü və könüllü qadın ona ürək mesajı tətbiq edərək həyata qaytarıb.
Balaca meymun indi özünü yaxşı hiss edir. Hazır südləri qəbul etməyən bala meymunu ana südü ilə bəsləyirlər. Meymun böydükdən sonra onu təbiətə buraxmaq planlaşdırılır.