Fransa Türkiyənin Afrin əməliyyatından narahatdır

Fransa Türkiyənin Afrindən çəkilməsinə çağırıb.

AzNews.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında terrorçulara vurduğu zərbələr Avropanı narahat edib. Belə ki, Fransa artıq Afrində əməliyyatın durdurulması ilə bağlı çağırış edib.

Fransa XİN rəhbəri açıqlamasında bildirib ki, Afrinə edilən müdaxilədən rahatsızıq. Ankara bu müdaxiləyə son verməlidir. Afrin də daxil olmaqla bütün Suriyada atəşkəs olmalıdır.