Daha üç ölkə OPEK-ə qoşulmaq üçün müraciət etdi

Çad, Konqo və Malayziya OPEK-ə üzv olmaq üçün müraciət ediblər.

AzNews.az-ın dünya mətbuatına istinadən xəbər verir ki, bu barədə Ekvatorial Qvineya dağ-mədən sənayesi və karbohidrogenləri naziri Obriqua Lima məlumat verib. O qeyd edib ki, Afrikada Konqo, Çad kimi ölkələr inkişaf edir və neft istehsalını gündə 3-4 min barelə çatdırmağı qarşılarına məqsəd qoyublar.

Bu ölkələr artıq OPEK-ə ərizə göndəriblər və onların müraciətinə yaxın zamanda baxılacaq.