BMT Təhlükəsizlik Şurasında təcili Suriya toplantısı

BMT Təhlükəsizlik Şurası Suriyada tərəflərin əməl etmədiyi atəşkəs barədə müzakirə aparmaq üçün təcili toplanır.

AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, Suriyada tərəflərin əməl etmədiyi atəşkəslə bağlı məsələ BMT-nin gündəmindədir. 30 günlük atəşkəs qərarı verməyi hədəfləyən təşkilat Nyu-Yorkda bağlı qapılar arxasında iclas keçirəcək. BMT Təhlükəsizlik Şurasındakı 15 ölkə atəşkəsə əməl edilməməsinin nəticələrini müzakirə edəcək.