Eynşteynin yazdığı məktub 103 min dollara satıldı

Enşteynin nisbilik nəzəriyyəsindən bəhs edən məktubu "Winner" hərracında 103 min dollara satılıb.

AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, məktub Eynşteynin elmi karyerasının ən maraqlı və həyəcanlı dövründə yazılıb. 1928-ci ildə Berlindən göndərilən məktub, nisbilik nəzəriyyəsinə həsr edilib və riyaziyyatçı Herman Münzə ünvanlanıb.

Məktubda Eynşteyn nəzəriyyənin inkişafındakı son mərhələləri təsvir edib.