Almanlar İraq əsgərlərinə hərbi təlim keçəcəklər

Almaniya Şimali İraqda peşmergələrə verdiyi hərbi təlimdən sonra indi də İraq əsgərlərinə təlim verməyi qərara alıb.

AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, Almaniyanın müdafiə naziri Von der Leyen, İraq hakimiyyətindən gələn müraciət əsasında iraqlı əsgərlərə hərbi təlim keçəcəklərini açıqlayıb.

2014-cü ildən bəri Şimali İraqda 140 alman hərbçi peşmərgələrə təlim keçir.

Alman hərbçilərin iraqlı əsgərlərə verəcəyi hərbi təlimin ilk mərhələsi aprelin 1-də başlayacaq və 7 ay çəkəcək. Bu təlim 70 milyon avroya başa gələcək.