Kadırov helikopter qəzasından danışdı

Çeçenistan lideri Ramzan Kadırov, qəzaya uğrayan helikopterin sərhəd xidmətinə aid olduğunu açıqlayıb.

AzNews.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Kadırov bildirib ki, helikopter çətin hava şəraitinin müşahidə olunduğu dağlıq ərazidə qəzaya uğrayıb.

Onun sözlərinə görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və Səhiyyə Nazirliyinin tibb briqadaları göndərilib.

Qeyd edək ki, bu gün Çeçenistanda 8 nəfərin ölməsi ilə nəticələnən helikopter qəzası baş verib.