Terrorçulardan azad edilən yaşayış məntəqələrinin sayı 150-ni ötüb - Afrində

Türkiyə Silahlı Qüvvələri (SQ) Suriyanın Afrin bölgəsində "Azad Suriya Ordusu" ilə birgə apardığı "Zeytun budağı" əməliyyatı çərçivəsində 156 yaşayış məntəqəsini terrorçulardan azad edib.

Trend-in məlumatına görə, hazırda PYD və YPG terrorçuları Afrindən bütün istiqamətlər üzrə sıxışdırılıb çıxarılır.

Əməliyyat çərçivəsində indiyədək 720 kv.km ərazinin terrorçulardan təmizləndiyi bildirilir.