ABŞ ordusunun Pakistan taliblərinin düşərgəsinə endirdiyi zərbə nəticəsində onlarla terrorçu məhv edilib. ABŞ ordusunun Pakistan taliblərinin düşərgəsinə endirdiyi zərbə nəticəsində onlarla terrorçu məhv edilib.

ABŞ-dan terrorçulara zərbə - 20 ölü

ABŞ ordusunun Pakistan taliblərinin düşərgəsinə endirdiyi zərbə nəticəsində onlarla terrorçu məhv edilib.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, öldürülənlər arasında "Tehriki-i-taliban Pakistan" (Pakistanın Taliban hərəkatı - red) terror təşkilatının rəhbərinin oğlu Mulla Fəzlulla da var.

O, "Taliban"da dördüncü dərəcəli əhəmiyyətli fiqur olub. Məlumata görə, zərbə ABŞ-ın pilotsuz aparatı tərəfindən Kunar vilayətinə endirilib. Zərbə nəticəsində 20 terrorçu öldürülüb.

Pakistan mətbuatı isə bildirib ki, öldürülənlər arasında terrorçuların daha iki regional lideri –Gül Məhəmməd və Ustan Yasin də var.

AzNews.az