ABŞ Türkiyəni əməkdaşlığı kəsəcəyi ilə hədələdi

ABŞ Türkiyənin Rusiyaya məxsus "S-400" zenit-raket komplekslərini almaqdan imtina edəcəyinə ümid bəslədiyini bildirib.

"Report" "İzvestiya.ru"ya istinadən xəbər verir ki, belə bir açıqlama ilə NATO-nun Avropadakı Birləşmiş Hərbi Qüvvələrinin baş komandanı, Amerika generalı Kertis Skaparrotti çıxış edib.

General əks təqdirdə Vaşinqtonla Ankara arasında müdafiə sahəsində əməkdaşlığın kəsiləcəyi ilə hədələyib.

AzNews.az